ABŞ-ın "Snickers" istehsal edən fabrikində güclü yanğın olub

3-05-2017, 08:31           
ABŞ-ın "Snickers" istehsal edən fabrikində güclü yanğın olub
Çərşənbə axşamı ABŞ-ın Texas ştatında "Mars Inc." qənnadı fabrikində güclü yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə Amerikanın NBC telekanalı məlumat yayıb.
Yanğın Bakı vaxtı ilə 22:30-da 130 min əhalisi olan Ueyko şəhərindəki fabrikdə qeydə alınıb. Müəssisədə işləyən yüzlərlə insan təxliyə olunub.
İlkin məlumata görə, məhsulların daşınması üçün nəzərdə tutulan yük maşınları yanıb. Azı 5 maşın tamamilə yanaraq kül olub.
Yanğınsöndürənlər alovun qarşısını almağa müvəffəq olublar. Yanğının səbəbləri araşdırılır. Telekanalın məlumatına görə, bütün Şimali Amerika üzrə satışa çıxarılan əksər "Snickers" şokolad batonları Ueykodakı fabrikdə istehsal olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru