Rusiya XİN-in əməkdaşı iki nəfəri güllələyəndən sonra intihar edib
15-05-2017, 15:06
Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı tanıdığı qadını və onun qızını tüfəngdən güllələyəndən sonra özü intihar edib. "Report" "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə Moskvanın cənub-qərbində Lenin prospektində yerləşən yaşayış binasında baş verib. "Biz XİN əməkdaşı ilə bağlı faciədən xəbərdarıq. Hüquq-mühafizə orqanları baş verən hadisənin təfərrüatlarını araşdırır”, – XİN-in informasiya və mətbuat departamentindən bildirilib. Eyni zamanda Nazirlik hadisənin detalları barədə məlumat verməyib.