Mayın 15-də Venesuelda keçirilən nümayişlər zamanı 2 nəfər öldürülüb. "Report" xəbər verir ki, "El Nacional" portalının məlumatına görə, etirazlar zamanı 17 və 32 yaşlı kişilər öldürülüb. Bu məlumatı hüquq müdafiəçisi Tarek Uilyam Saab öz "Twitter" mikrobloqunda təsdiq edib. O, qubernator və digər adiyyəti orqanları baş verənləri araşdırmağa çağırıb.