ABŞ generalı dəhşətli məlumatı açdı: Növbəti hədəf bu ölkədir

16-05-2017, 09:21           

11 sentyabr hadisələrindən sonra ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld mənə bir siyahı verdi və bu ölkələri məhv edəcəyimizi dedi.

Axar.az xəbər verir ki, bu sözləri NATO qoşunlarının eks-komandanı, ABŞ generalı Uesli Klark deyib.

“11 sentyabr terrorundan təxminən 10 gün sonra Pentaqona getdim. Orada Ramsfeld, onun yardımçısı və bir sıra generallarla görüşdüm. Daha sonra Ramsfeld məni otağına çağırdı. “Siz deyəsən məşğulsunuz?” dedim. O isə: "Xeyr, xeyr, danışmalıyıq" – dedi. Mənə İraqa müharibə elan edəcəyimizi bildirdi. Mən isə səbəbini soruşdum. Ramsfeld də, "Bilmirəm. Yəqin ki, administrasiyanın başqa görəcəyi bir iş qalmayıb", dedi. Daha sonra Səddam ilə Əl Qaidə arasında bir bağlantının tapılıb-tapılmadığını soruşdum. O isə “Yox” cavabını verdi.

Bir neçə həftə sonra onunla yenidən görüşdüm. “Yenə İraqa ordu yeritmək barədə düşünürsünüzmü?” soruşdum. O isə “Daha pis” cavabını verdi. Stolun üstündəki kağızı mənə uzatdı. 7 ölkənin adı qeyd edilmişdi: İraq, Suriya, Livan, Somali, Liviya, Sudan və İran”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.