Putin 2018-ci ilin prezident seçkilərinə qatılacaqmı? –Rusiya prezidenti sualdan yayındı

16-05-2017, 09:32           

Vladimir Putin daha 6 il müddətinə dövlət başçısı olmaq məqsədilə 2018-ci ilin martında keçiriləcək prezident seçkisində iştirak edib-etməyəcəyi barədə qəti bəyanat verməkdən imtina edib.

Mayın 15-də Pekində kerçirilən tədbirdə Putin “Komsomolskaya Pravda” qəzeti müxbirinin “namizədliyinizi verib-verməyəcəyinizi artıq bilirsinizmi” sualına “yox” cavabı verib.

64 yaşlı Putin baş nazir və ya prezident rolunda ölkəyə 1999-cu ildən rəhbərlik edir.

Onun bu seçkidə iştirak edəcəyi, əlbəttə, gözlənilir, üstəlik hazırkı siyasi populyarlığı və media üzərində tam nəzarəti ona bu seçkidə inamla qalib gəlmək üçün bütün şansları verir.

Rusiya parlamentində hakim fraksiya olan "Vahid Rusiya" hazırda seçkinin bir həftə əvvələ – 2018-ci ilin 18 martına keçirilməsi üçün qanunvericilik aktının hazırlanması ilə məşğuldur. Həmin gün Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasının ilhaq olunduğunu günü qeyd edəcək.

Antikorrupsiya fəalı və müxalifət lideri Aleksey Navalnı prezident seçkisinə namizədliyini verəcəyini bəyan edib, lakin o, üzərinə Kremlin tapşırığı ilə qoyulmuş cinayət məsuliyyətinə görə seçkiyə buraxılmaya bilər.

azadliq.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru