Baş nazir olsaydım, İncirliyi çoxdan tərk edərdim - Şults

16-05-2017, 10:17           

Baş nazir olsaydım, İncirliyi çoxdan tərk edərdik.

Axar.az xəbər verir ki, bu sözləri Almaniyanın Sosial Demokratlar Partiyasının (SDP) sədri Martin Şults bildirib.

Şults Türkiyənin Almaniya millət vəkillərinə İncirlikdə xidmət edən alman əsgərlərini ziyarət etməyə icazə verməməsinə həmkarlarından fərqlənməyən reaksiya verib: "Almaniya şantaj edilə bilməz".

O qeyd edib ki, baş nazir olsaydı, Müdafiə naziri Ursula Fon der Leyen çoxdan alternativ bir baza axtarmaq məcburiyyətində qalardı.

Qeyd edək ki, Türkiyənin Almaniya millət vəkillərinə İncirliyə getməyə icazə verməməsi böyük əks-reaksiyalara səbəb olub. Almaniya XİN Türkiyəni bu "səhvini" düzəltməsi üçün qərarına yenidən baxmağa çağırıb, kansler Angela Merkel isə alternativ baza axtarmağa başlayacaqlarını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru