Kiber hücumun Ş.Koreyalı hackerlər tərəfindən həyata keçirilməsi ilə bağlı məlumat yayılıb

16-05-2017, 21:52           

teref.az yazır ki, təhlükəsizlik mütəxəssisləri dünya üzrə 150 ölkədə ən azı 300 min kompüterin təsərrüfat sistemini donduran kompyuter hücumunun arxasında Şimali Koreyalı bir haker qrupunun ola biləcəyinə ehtimalı var.
Ancaq mütəxəssislər Pyongyongı birbaşa hədəf almaq əvəzinə təmkinli olmağı üstünlük veriblər.

Çünki əldə olan sübutlar yetərli deyil.

Digər tərəfdən “Wannacry” hücumunda istifadə edilən kodların da daha əvvəl Şimali Koreya mənşəli olduğu nəzərdə tutulan Lazarus adlı haker qrupu tərəfindən istifadə edilən hücumlarda proqramla eyni variantdan olduğu bildirilib.
İnformasiya texnologiyası eksperti 22 yaşlı Mark Hutchins önümüzdəki həftələrdə yeni hücumlar ola və bu səbəblə də kompyuterlərdə təzələmələr bir an əvvəl edilməsi lazım olduğu mövzusunda xəbərdarlıq edib.

Rusiya, Tayvan, Ukrayna və Hindistan təcavüzdən ən ciddi təsirlənən ölkələr olmaqla,kiber quldurların hücumlardan dünya üzrə ümumilikdə 70 min dollar qazandığı təsdiq olunub.
mənbə:acsisblog












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru