Rusiyada "halal turizm" - İranlılar bu ölkəyə axışır

21-05-2017, 19:57           

Son zamanlar İran vətəndaşlarının Rusiyaya axını müşahidə olunur.

teref.az xəbər verir ki, buna səbəb "Rus qonaqpərvərliyi” adı ilə keçirilən aksiyadır. Bu aksiyada əsasən "halal turizm” prinsiplərinə dəqiq əməl olunur.
Üstəlik, tur-paketlərdə komfortlu nəqliyyat və fars dilini bilən bələdçilər iranlıların diqqətini bu ölkəyə çəkib.
"Halal turizm” qaydalarına görə, otellərdə qadınlar və kişilər üçün ayrı hovuz və çimərliklər olur. Spa mərkəzləri də qadınlara və kişilərə görə ayrılır. Alkoqollu içkilər verilmir. Bütün qida və əşyalar halal standartlarına uyğun istehsal olunur. Ramazan ayında müştərilərin orucdan sonra dənizdən istifadə etmələri üçün çimərliklər işıqlandırılır.
Qeyd olunur ki, hazırda təkcə Rusiyanın əsas şəhərlərində deyil, digər bölgələrində də "halal turizm” tətbiq ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru