Bağdadda partlayış baş verib, ölən və yaralananlar var 30-05-2017, 09:11 İraqın paytaxtı Bağdadda güclü partlayış baş verib. APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin mərkəzində minalanmış avtomobil partlayıb. Hadisə nəticəsində azı 10 nəfər ölüb, 22 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. Facebook-da paylaş