Britaniya Nümayəndələr Palatası Saakyanı qəbul etməyib - YENİLƏNDİ

9-07-2015, 17:37           
Britaniya Nümayəndələr Palatası Saakyanı qəbul etməyib - YENİLƏNDİ
"Böyük Britaniya parlamentinin Nümayəndələr Palatası işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin separatçı rejiminin başçısı Bako Saakyanı qəbul etməyib".

Bu barədə Trend-ə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə deyib.

Onun bildirdiyinə görə, bu barədə Böyük Britaniya Nümayəndələr Palatasının İctimai informasiya idarəsinin rəhbəri Mett Ringerin rəsmi məktubunda deyilir: “Böyük Britaniya parlamentinin istənilən üzvü kommersiya məqsədilə parlament binasında yer sifariş edib özəl şəxsləri görüşlərdə iştirak etməyə və ya çıxış etməyə dəvət edə bilər. Çox güman ki, Bako Saakyanla bağlı məsələ də məhz belə olub”.

* * *12:17

Dağlıq Qarabağdakı separatçı rejimin lider Bako Saakyan Londona səfəri çətçivəsində Böyük Britaniya parlamentində çıxış edib.

Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Qarabağ separatçılarının rəhbəri Bako Saakyan çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışıb.

O həmçinin bildirib ki, “Dağlıq Qarabağ Respublikası” Birləşmiş Krallıqla əlaqələrə xüsusi önəm verir.

“Beynəlxalq siyasətdə demokratiya və Avropa sivilizasiyasının beşiyi olan Böyük Britaniya ilə əlaqələrin qurulmasında maraqlıyıq”,-deyə separatçı lider qeyd edib.

Xatırladaq ki, Bako Saakyan Böyük Britaniyanın “Chatham House” Beynəlxalq Münasibətlər İnstitutunun dəvəti ilə Londona gedib. Lakin onun adı dəvət edilənlər siyahısından çıxarılsa da, burada çıxış etməsinə şərait yaradılıb.

Bako Saakyan ötən gün “Chatham House”da da çıxış edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.