İnterpolun baş katibi gələcəyin üç əsas təhdidini açıqlayıb

25-06-2017, 08:39           
İnterpolun baş katibi gələcəyin üç əsas təhdidini açıqlayıb
İnterpolun baş katibi Yurgen Ştok gələcəyin üç əsas təhdidini açıqlayıb. APA-nın xəbərinə görə, Yurgen Ştok fikrini “Rossiya 24” telekanalının efirində səsləndirib.

“Mən hesab edirəm ki, qitələrarası səviyyədə mövcud olan terrorçuluq və mütəşəkkil cinayətkarlıq gələcəkdə kibercinayətkarlıqla birlikdə dünya üçün ən əsas təhdidlərdən biri olacaq”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, cinayətkarlar hazırda su, elektrik təchizat və nəqliyyat sistemlərinə dünyanın istənilən nöqtəsindən hücum etmək imkanına malikdirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.