Dünyanın ən bahalı şaurması Litvada hazırlandı

25-06-2017, 08:52           
Dünyanın ən bahalı şaurması Litvada hazırlandı
Dünyanın ən bahalı şaurmasını (Wrap) Litvada hazırlayıblar. Bu barədə “madeinvilnius.lt” portalı məlumat verib. Yemək fəstfud olsa da, onu hazırlayan komandanın fikrincə, bu şaurma əla keyfiyyətlidir, çünki onun hazırlanmasında timsah ətindən, yüksək əyarlı yeməli qızıl və trüfeldən istifadə edilib. Menyuda bu yemək “Lavish croco lavash aka Robin Hood” adlanır və qiyməti 28,89 avrodur. Onu hazırlayan Karolis Yaruşyaviçyus qeyd edib ki, qiyməti baha olan bu ekzotik yeməyin satışından əldə edilən qazancın yarısı ciddi xəstəliyi olan uşaq evlərinə veriləcək.

“Yeməyə “Lavish croco lavash aka Robin Hood” adı təsadüfi seçilməyib. “Lavish” səxavətli, Robin Qud isə zənginlərdən əldə etdiyi vəsaiti yoxsullara paylayan müsbət qəhrəmandır. Komandamız hər il Milad bayramında şaurmanın satışından əldə edilən qazancın yarısını xəstə uşaqlara və ya xəstələri dəstəkləyən fondlara ianə etmək qərarına gəlib”, – deyə K.Yaruşyaviçyus qeyd edib. (Azərtac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru