İsrail Suriyadan atıldığı iddia edilən raketlərə cavab olaraq bu gün qonşu ölkəyə ağır zərbə endirib. Turkustan.info xarici mediaya istinadla xəbər verir ki, İsrail ordusundan edilən yazılı açıqlamada Suriya tərəfindən atılan raketlərə cavab olaraq Əsəd rejiminə məxsus iki hərbi bazanın və sursat daşıyan bir yük avtomobilin vurulduğu qeyd olunub.