Kolumbiyada turist gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-2

26-06-2017, 09:53           
Kolumbiyada turist gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-2
Kolumbiyada turistləri daşıyan gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" "Agence France Presse"yə istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, hadisə zamanı 9 nəfər həlak olub. Qəza zamanı daha 30 nəfərin itkin düşdüyü qeyd edilir.
***02:14
Kolumbiyada turistləri daşıyan gəminin qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.
Polis şefinə istinadən yayılan xəbərdə bildirilir ki, qəza zamanı daha 30 nəfər itkin düşüb.
Qeyd edək ki, Kolumbiyada göyərtəsində 150 turistin olduğu gəmi qəzaya uğrayıb. Hadisə ölkənin şimal-qərbindəki Quatape şəhəri yaxınlığındakı su anbarında qeydə alınıb.
Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.
***01:11
Kolumbiyada göyərtəsində 150 turistin olduğu gəmi qəzaya uğrayıb.
"Report"un məlumatına görə, bu barədə "Agence France Presse" ölkənin hərbi hava qüvvələrinə istinadən xəbər verib.
Agentliyin məlumatına görə, hadisə ölkənin şimal-qərbindəki Quatape şəhəri yaxınlığındakı su anbarında qeydə alınıb.
Hadisə yerinə vertolyot göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru