Kim Çen Inın öldürülməsi planının üstü açıldı

26-06-2017, 11:30           
Kim Çen Inın öldürülməsi planının üstü açıldı
Cənubi Koreyanın əvvəlki rəhbərliyi, Pak Kın Xe administrasiyası Şimali Koreya lideri Kim Çen Inın öldürülməsini planlaşdırıb.
“Report” xəbər verir ki, bu barədə Yaponiyanın “Asahi” qəzeti mənbəyə istinadən xəbər verib.

Qeyd olunur ki, 2015-ci ilin sonunda Pak Kın Xe Koreya Xalq Demokratik Respublikasının rəhbərliyinin “dəyişdirilməsi” ilə bağlı sənəd imzalayıb. Qəbul edilmiş planı işləmək Cənubi Koreyanın kəşfiyyatına tapşırılıb.
Ehtimal edilirdi ki, Kim Çen Inın ölümü bədbəxt hadisə kimi görünməli idi. Variantlar arasında yol-nəqliyyat hadisəsinə, dəmir yolunda və ya suda qəzaya baxılıb. Bununla belə, planı reallaşdırmaq mümkün olmayıb.
Qəzetin məlumatına görə, Cənubi Koreyanın indiki administrasiyası Şimali Koreya liderini aradan götürmək niyyətini ləğv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru