Tramp yeni FTB direktorunun namizədliyini Senata təqdim edib Böyüt

27-06-2017, 09:18           
Tramp yeni FTB direktorunun namizədliyini Senata təqdim edib  Böyüt
ABŞ prezidenti Donald Tramp Kristofer Reyin Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə namizədliyini baxılmaq üçün Senata təqdim edib.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

D.Tramp iyunun 7-də K.Reyin FTB direktoru postuna namizədliyini irəli sürdüyünü bəyan edib.

Yel universitetinin məzunu, 51 yaşlı Kristofer Rey 2003-2005-ci illərdə Ədliyyə naziri və Baş prokurorunun köməkçisi vəzifələrində çalışıb. Hazırda K.Rey “King & Spalding” hüquq şirkətinin rəhbərlərindən biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru