Dünyada super zənginlərin sayı və sərvəti artıb - FOTO

28-06-2017, 14:23           
Dünyada super zənginlərin sayı və sərvəti artıb - FOTO
2016-cı ildə sərvəti 30 mln. dolları keçənlərin sayı 3,5% artaraq 226 450 nəfərə çatıb. Bu şəxslərin idarə etdiyi cəmi sərvət isə 1,5% artaraq 27 trln. dolları keçib. Bununla yanaşı, həmin şəxslər arasında adam başına düşən sərvət 2013-cü ildən indiyədək ilk dəfə azalaraq 120 mln. dollara enib.
"Report" bu barədə ABŞ mərkəzli araşdırma mərkəzi "Wealth-X"in yaydığı hesabata əsasən xəbər verir.
Türkiyədəki super zənginlərin sayı da 0,8% azalaraq 1 190 nəfər və bu şəxslərin sərvəti 2,2% azalaraq 150 mlrd. dollar təşkil edib. Türkiyə bu göstəricilərlə dünyada ən çox zənginə sahib ölkələrın sıralanmasında 27-ci yeri tutub. Türkiyənin super zəngin sayı 2013-cü ildə 900, 2014-cü ildə 915 nəfər olub. Bu şəxslərin sərvəti isə 2013-cü ildə 105 mlrd., 2014-cü ildə 120 mlrd. dollar hesablanıb.
Qeyd edək ki, super zənginlərin sayına görə ilk üçlükdə ABŞ, Yaponiya və Çin sıralanıb. Rusiya 3 780 nəfərlə 13-cü, İran isə 950 nəfərlə siyahıda 30-cu yeri tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru