ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

29-06-2017, 08:22           
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
ABŞ-ın Bakay (Arizona ştatı) şəhəri yaxınlığında “Vans RV-7” yüngülmotorlu təyyarəsi qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər ölüb. Onların adları açıqlanmır. Qəzanın səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi (FFA) və Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası (NTSB) araşdırma aparır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.