Yeni Zelandiya sahillərində 6,0 bal gücündə zəlzələ baş verib 29-06-2017, 08:24 Sakit Okeanda, Yeni Zelandiya sahillərində 6,0 bal gücündə zəlzələ baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Makoli adasından 101 km şərqdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Facebook-da paylaş