Kiber-hücum olsa, qırıcıları işə salacağıq - Təhdid

29-06-2017, 09:08           
Kiber-hücum olsa, qırıcıları işə salacağıq - Təhdid
Böyük Britaniya istənilən kiber-hücuma ənənəvi silahlarla, eyni zamanda aviasiya vasitələri ilə cavab verməyə hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Müdafiə naziri Maykl Fellon “Tayms” nəşrinə müsahibəsi zamanı deyib.

“Britaniyanın cavab zərbəsi su, quru, hava və ya elə kiber-hücumla ola bilər. Bizim kifayət qədər müasir kiber-silahlarımız İŞİD-lə mübarizədə istifadə olunur. Britaniya NATO ölkələrini kiber-hücumla hərbi hücumu eyni dəyərləndirməyə çağırır. Alyansın hər hansı üzvünə qarşı istənilən kiber-hücum NATO-ya hücum kimi qiymətləndirilməlidir”, - nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru