Səudiyyə Ərəbistanı 7 iranlı balıqçını azadlığa buraxıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, söhbət bir il əvvəl Səudiyyə Ərəbistanının sərhədçiləri tərəfindən saxlanılan İran vətəndaşlarından gedir.
İranın “Shargh” qəzeti Səudiyyə Ərəbistanında 18 iranlı balıqçının saxlanıldığını iddia edir.