Tramp ABŞ-Meksika neft borusunun tikintisinə başlandığını bəyan edib

30-06-2017, 08:47           
Tramp ABŞ-Meksika neft borusunun tikintisinə başlandığını bəyan edib
Donald Tramp ABŞ-Meksika neft borusunun tikintisinə və Cənubi Koreyaya əlavə qaz tədarükünə başlandığını bəyan edib.

“Mənim administrasiyam ABŞ-Meksika neft borusunun tikintisini indicə dəstəkləyib. Bu, enerji bioehtiyatların ABŞ-dan ixracını xeyli genişləndirməyə imkan yaradacaq”, - deyə prezident ABŞ Energetika Nazirliyində enerji sahəsinin inkişaf etdirilməsinə dair bəzi təşəbbüsləri açıqlayarkən bildirilib.

Tramp həmçinin nüvə energetikası və daş kömür sahəsinin inkişaf etdirilməsinə dair bir neçə digər təşəbbüslər barədə də danışıb.

Sutkalıq buraxılış gücü 108 min barel təşkil edəcək ABŞ-Meksika neft borusunun tikintisində layihənin operatoru “New Burgos Pipeline” şirkəti çıxış edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.