Venesuelada iğtişaşlar nəticəsində daha iki nəfər ölüb

1-07-2017, 07:25           
Venesuelada iğtişaşlar nəticəsində daha iki nəfər ölüb
Venesuelanın Lara ştatında polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində daha 2 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə parlamentinin deputatı Luis Florido bildirib.

Onun sözlərinə görə, Ruben Morilyo sinəsindən aldığı güllə yarasından ölüb. Fernando Roxas adlı şəxs isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Beləliklə, aprelin əvvəlindən Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 79 nəfərə çatıb.

Qeyd edək ki, Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.