11 yaşlı uşaq IQ testindən ən yüksək bal alaraq Eynşteyni geridə qoydu - Foto
1-07-2017, 09:49

Albert Eynşteyn və Stefan Havkinq aldıqları yüksək IQ test xallarını yeni uşaqlar təzələyir, hətta onlardan da yüksək nəticə göstərirlər. Bu dəfə 11 yaşlı bir uşaq IQ testindən ən yüksək xalı alıb.
Moderator.az xəbər verir ki, İngiltərədə yaşayan Hindistan əsilli 11 yaşlı Arnav Şarma dünyanın ən nüfuzlu IQ testlərindən olan Mensadan 162 xal alaraq bu testdən 160 xal almış Albert Eynşteyni və Stefan Havkinqi geridə qoymağı bacarıb.
Qeyd edək ki, ötən il yenə 12 yaşlı Hind əsilli İngilis Rajqauri Pavar eyni testdən 162 xal almışdı.
Test üçün daha əvvəl heç bir hazırlıq keçməyən və daha əvvəl bənzər bir testə daxil olmadığını deyən Şarma imtahanın 2,5 saata qədər davam etdiyini bildirərək bunları deyib:
"İmtahanda 7-8 nəfər vardı. Bir neçə uşaq idi, ancaq geridə qalanı böyüklərdən ibarət idi. Müsabiqəyə heç bir hazırlıq keçməmişdim, ancaq narahat da deyildim. Ailəm üçün bu sürpriz oldu, nəticəni deyəndə çox sevindilər".

Anası oğlunun riyaziyyata olan qabiliyyətini 2 yaşından fərq etdiklərini bildirərək "100-dənn artıq sayları hesablayırdı. O vaxt öyrətməyi dayandırdım, çünki saylarının sonu yox idi" deyib.
Yalnız riyazi istedadı olmayan, kod yazma, piano, badminton, üzgüçülük və rəqslə də məşğul olan Arnav, həmçinin, bütün ölkələrin paytaxtlarını əzbər saya bilir.