Putin rüşvətxor məmurların reyestrinin yaradılması haqqında qanun imzalayıb

2-07-2017, 07:55           
Putin rüşvətxor məmurların reyestrinin yaradılması haqqında qanun imzalayıb
Rusiya prezidenti Vladimir Putin korrupsiya əməlinə görə etimadın itirilməsi səbəbindən vəzifəsindən kənarlaşdırılmış məmur, hüquq-mühafizə orqanların əməkdaşları və hərbçilərin reyestrinin yaradılması haqqında qanun imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dövlət sirri təşkil edən məlumatlar istisna olaraq reyestrə daxil edilməyəcək.

Rüşvətə görə vəzifəsindən kənarlaşdırılan prokurorluq, İstintaq komitəsi, Yanğından Mühafizə Xidməti, daxili işlər orqanları, gömrük orqanı, hərbçi, Mərkəzi Bank, dövlət korporasiyaları, Pensiya Fondunun vəzifəli şəxsləri həmin siyahıya daxil ediləcək.

Rüşvətxorların reyestri dövlət informasiya sistemində dərc ediləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.