Dəməşqdə partlayış törədildi: Çoxlu ölən və yaralanan var
2-07-2017, 13:06
Dəməşqdə partlayış törədilib. 3 terrorçu partlayıcı maddə yüklənmiş avtomobillərlə Dəməşqə daxil olmağa cəhd edib.
Həmin avtomobillərdən ikisini şəhər yaxınlığında neytrallaşdırmaq mümkün olub. Üçüncü avtomobil isə Təhrir meydanına daxil olub və terrorçu-kamikadze partlayıcı qurğunu işə salıb. Nəticədə 8 nəfər ölüb, 12 nəfər yaralanıb.(apa)