Almaniya İsrailə sualtı qayıq satır

3-07-2017, 10:06           
Almaniya İsrailə sualtı qayıq satır
Almaniyanın gizli qərarlar verən qurumu kimi tanınan Federal Təhlükəsizlik Şurası İsrailə 3 ədəd sualtı gəminin satışına razılıq verib.

Axar.az xəbər verir ki, bu barədə “Der Şpigel” nəşri məlumat yayıb. Bildirilib ki, “Taysen-Krup” şirkətinin Kiel şəhərində hazırladığı 3 nüvə başlığı daşıyan “Dolfin” sualtı gəmisi İsrailə göndəriləcək.

Almaniya hökumətinin isə 1.5 milyardlıq xərcin 3-də 1 hissəsini öz üzərinə götürəcəyi bildirilib.

Qeyd edək ki, İsrail hökumətinə məxsus 5 “Dolfin” tipli sualtı gəmi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru