“Şərqin gözəgörünməz terroru” - Roza Şanina - FOTOLAR

3-07-2017, 10:08           

Təkbaşına 59 əsgəri öldürən tarixin ən məşhur, ən gözəl və bir o qədər də təhlükəli snayperçilərindən biri Roza Şanina.
1941-ci ildə qardaşının cəbhədə öldüyünü eşidən Roza könüllü olaraq orduya qatılıb. Çox yaxşı bir nişançı olmasına görə ona cəbhə xəttində snayper vəzifəsi verilib.
Beləliklə, Roza Sovetlər Birliyinin ilk qadın snayperi olub. 3-cü Belarus cəbhəsində göstərdiyi xidmətlərə görə şərəf medalına layiq görülüb. Uğurları sayəsində adından söz etdirən Rozanı “Şərqin gözəgörünməz terroru” adlandırıblar.
Fəaliyyəti boyunca gündəlik yazan Roza həm müharibə, həm də şəxsi həyatından qeydlər aparıb. Belə ki, Nikolay adında sevgilisi olan Roza evlilik haqqında düşünməyə zamanı olmadığından, buna görə tək bir məqsədə xidmət etdiyindən bəhs edib.
Baqrasiya hərəkatının başlaması ilə qadın snayperlərin geri çəkilməsi əmrinə əhəmiyyət verməyən Roza orduda könüllü xidmətini davam etdirib. Ön cəbhəyə göndərilmə istəyi rədd edilən Roza bu əmrə də tabe olmayıb və ön cəbhəyə yollanıb. Əsas dəstələrdən birinin üzvü olmaq istəyən Roza bununla bağlı İosif Stalinə iki dəfə məktubla müraciət də edib.
1945-ci il dekabrın 10-da yazdığı qeydlərində bilinməyən bir gücün onu cəbhəyə çəkdiyini deyən Roza yaralı vücudu ilə bir topçunu qoruyub və elə orada yarımcan halda tapılıb. Bağırsaqları xaricə çıxmış və sinəsi darmadağın olmuş snayperi əməliyyat etsələr də, həyatını xilas etmək mümkün olmayıb.
Rozanın qeyd dəftərçələri 1963-cü ildə kitab kimi çap edilib və onun adı Rusiyada bir çox küçəyə verilib.publika.az/















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru