İrəvan Ərəbistanın yeni hədəfidir - Martirosyan

3-07-2017, 12:40           
Ermənistan Səudiyyə Ərəbistanının hədəfləri siyahısına daxildir.
İrəvan Ərəbistanın yeni hədəfidir - Martirosyan

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Ayk Martirosyan deyib.

“Səudiyyə Ərəbistanı sünni əhalinin çoxluq təşkil etmədiyi bir çox region dövlətlərinə təhlükə mənbəyidir. Ermənistan bədəvi krallığı üçün kiçik və müdafəsiz ölkədir. Hələlik açıq şəkildə olmasa da, şübhəsiz onun hədəf siyahısına daxilik. Yeni vəliəhdin böyük iddiaları var. O, xarici siyasətdə bir o qədər də təcrübəli deyil. Bunun nə dərəcədə təhlükəli olduğunu təxmin etmək çətindir”, - deyə Martirosyan bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud kral Salman Məhəmməd bin Naifin yerinə 31 yaşlı oğlu Məhəmməd bin Salman əl-Səudu yeni vəliəhd təyin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru