Çin raketinin uğursuz uçuş videosu yayılıb - VİDEO

3-07-2017, 14:35           
Çin raketinin uğursuz uçuş videosu yayılıb - VİDEO
Çinin CGTN kanalı "Çançjen-5" (Böyük yürüş - 5) raketinin uğursuz uçuş videosunu yayımlayıb.

FaktXəbər-in "Sinxua"ya istinadən məlumatına görə, problem raketin Vençan kosmodromundan buraxılmasından bir qədər sonra uaranıb. O, "Şitszyan-18" rabitə peykini orbitə çıxaracaqdı. Buraxılışın uğursuzluğunun səbəbləri hələlik məlum deyil.

Bu, "Çançjen-5" seriyasından olan daşıyıcı raketin ikinci buraxılışı idi. Birinci buraxılış ötən ilin noyabrında uğurla baş tutmuşdu.

Üçüncü buraxılış noyabr ayının sonuna planlaşdırılmışdı. Raket "Çane-5" peykini daşıyacaqdı və onun missiyası Ay səthinə enib qrunt nümunələri götürmək və Yerə qayıtmaq idi.

Yeni nəsil daşıyıcı raketi olan "Çançjen-5" orbitə 25 ton yük daşımaq qabiliyyətinə malikdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru