Səudiyyə Ərəbistanı kralı da “G-20” sammitində iştirak etməyəcək

3-07-2017, 21:31           
Səudiyyə Ərəbistanı kralı da “G-20” sammitində iştirak etməyəcək
Səudiyyə Ərəbistanı kralı Salman bin-Əbdüləziz “Böyük-20”liyin (“G-20”) zirvə toplantısında iştirak etməyəcək.

“Report” xəbər verir ki, buna səbəb olaraq, Qətər böhranı göstərilir.

Qeyd edək ki, “Böyük-20”liyin sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.

Bu toplatıda ABŞ prezidenti Donald Tramp, Rusiya dövlət başçısı Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel də iştirak edəcək.

Onu da qeyd edək ki, bundan əvvəl Braziliya prezidentinin də sammitə qatılmayacağı barədə məlumat yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru