Rusiyada meşə yanğınları tüğyan edir

4-07-2017, 09:49           
Rusiyada meşə yanğınları tüğyan edir
Rusiyanın Uzaq Şərq bölgəsində meşə yanğınları son sutka ərzində 33,3 min hektar meşə sahəsini məhv edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yanğınların söndürülməsinə 1300 canlı qüvvə, 161 ədəd texnika və 7 təyyarə cəlb olunub.

Ötən gün Rusiya ərazisində 142 meşə yanğını qeydə alınıb. Onlardan 32-i yeni yanğın ocaqlarıdır.

Yanğınlardan ən çox Yakutiya və Xabarovsk diyarı zərər çəkib. Sutka ərzində 13 meşə yanğını söndürülüb. Hazırda Yakutiyada 90, Xabarovsk diyarında 26, Amur vilayətində 12 meşə yanğını davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.