«CNN» Putin-Tramp görüşünün gündəliyi barədə xəbər yayıb

4-07-2017, 10:01           
«CNN» Putin-Tramp görüşünün gündəliyi barədə xəbər yayıb
«CNN» telekanalı Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp arasında gözlənilən görüşün gündəliyi barədə söhbət açıb.

Telekanalın istinad etdiyi mənbənin fikrincə çətin ki, görüş zamanı Tramp ABŞ-dakı seçkilərə müdaxilə məsələsini qaldırmış olsun.

ABŞ Prezidenti administrasiyasındakı mənbəyə istinadla, telekanalın verdiyi məlumatına görə, G20 sammiti çərçivəsində gözlənilən görüşdə ABŞ Prezidenti Rusiyalı həmkarı ilə Suriya və Ukrayna mövzularını müzakirə edəcək.

Amerikalı liderin Rusiyaya qarşı sanksiyaların yumşaldılmasından danışmaq ehtimalı isə azdır.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Putinin Trampla G20 sammiti çərçivəsində gözlənilən görüşünün formatı barədə bir qədər sonra məlumat veriləcək. O, xatırlatmışdı ki, Putin iyul ayının 7-8 tarixində Hamburqda olacaq.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru