Almaniyada PKK üçün yığılan pullar iki dəfə artıb – Alman kəşfiyyatından etiraf

4-07-2017, 19:59           
Almaniyada PKK üçün yığılan pullar iki dəfə artıb – Alman kəşfiyyatından etiraf
Almaniya daxili işlər naziri Tomas de Mezyer və daxili kəşfiyyat orqanının sədri Hans Georq Massen illik kəşfiyyatını hesabatını açıqlayıblar.
Avropa.info xəbər verir ki, kəşfiyyat hesabatına görə PKK-nın Almaniyadakı fəaliyyəti və yığdığı ianələr iki dəfə artıb. 14 min PKK tərəfdarının yaşadığı Almaniyada 2015-ci ildən 2016-cı ilin əvvəlinədək 13 milyon avro yığılıb.
PKK son 10 ildə yığdığı pulun məbləğini iki dəfə artırıb. Suriya və İraqdakı münaqişənin və İŞİD-lə aparılan müharibənin PKK-nın pul yığmasında və terror təşkilatına üzv yığmasında önəmli rolu olub.
Almaniya və Avropa ölkələrindən terrorçu toplanılmasında PKK gənclər təşkilatlarının xüsusi rolu var. Almaniyadan gələnlər arasında Şimali İraqda, Hakkaridə münaqişələrdə ölənlərin olduğu bildirilir. Sadəcə İŞİD-lə mübarizə üçün Almaniyadan münaqişə bölgələrinə gedənlərin sayı 180 nəfər keçib. Bunların böyük hissəsini PKK aparıb. PKK-dan ayrıca gedənlər isə orada PKK-a qoşulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.