Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək

20-07-2017, 08:48           
Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək
Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək.

APA-nın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin bildirib.

“Müvafiq müqavilə artıq imzalanıb. İrimiqyaslı müqavilədir. Konkret rəqəmləri səsləndirə bilmərəm”, deyə V.Kojin qeyd edib.

Rusiyanın Strateji və Texnoloji təhlil mərkəzinin məlumatına əsasən, təxminən 1 milyard dollarlıq müqavilə bir neçə yüz tankın tədarükünü nəzərdə tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru