Səud şahzadəsi sadə vətəndaşları döyür və bunu VİDEOYA çəkir
20-07-2017, 20:02
FaktXeber.com-un verdiyi məlumata görə, sosial şəbəkələrdə Səud şahzadəsi Əmir Səud bin Əbdüləziz bin Musaidin sadə vətəndaşlara qarşı vəhşi hərəkətlərinin videosu yayılıb. Kadrlarda üzü-gözü qan içində olan insanlar və onların döyülməsi səhnələriyer alıb. Maraqlıdır ki, videonu şahzadənin özü paylaşıb. Yəqin ki, bununla öz «qüdrətini» göstərmək istəyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında törətdiyi cinayətdən asılı olmayaraq kral ailəsi toxunulmaz sayılır. Onlar ancaq Kralın göstərişi ilə cəzalandırıla bilərlər. [media=https://www.youtube.com/watch?v=MRXPy9_pGW8]