Cənubi Koreyadan şimal qonşusuna çağırış — "Təklifimizə cavab verin"
21-07-2017, 13:57
Cənubi Koreya Şimali Koreyaya çağırış edib.
Cənubi Koreya şimal qonşusunu regiondakı gərginliyi dayandırmağa çağırıb. Bununla yanaşı Seul rəsmi Pxenyandan danışıqları bərpa etmək təklifinə cavab verməyi də tələb edib.
Cənubi Koreya müdafiə nazirliyi qeyd edir ki, Seulun danışıqlar barədə təklifi cavabsız qalıb. Rəsmi Seul 21 iyul tarixində danışıqları bərpa etməyi təklif edirdi./olke.az