Los-Ancelesdə vertolyot küçədə sərt eniş edib, 4 nəfər yaralanıb
22-07-2017, 08:54
ABŞ-ın Los-Anceles şəhərinin küçələrindən birinə kiçik vertolyot sərt eniş edib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Pontonu olan "Robinson R44" tipli vertolyot Şerman-Ouks rayonunda enib. Bildirilir ki, insident nəticəsində dörd nəfər xəsarət alıb, təyyarənin göyərtəsində olanların həyatı üçün heç bir təhlükə yoxdur.