Döyüş bölgəsindən həyəcanlı xəbər: 1 ölü, 2 yaralı

22-07-2017, 12:24           
Döyüş bölgəsindən həyəcanlı xəbər: 1 ölü, 2 yaralı
Ukraynanın Donbas vilayətindəki cəbhə xəttində vəziyyət yenidən gərginləşib.

Teleqraf.com Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə anti-terror qərargahının mətbuat mərkəzindən bildirilib.

Son gün ərzində Ukraynanın Donbas bölgəsində yaradılan separatçı qurumların hərbi birləşmələri Ukrayna anti-terror güclərinin mövqelərinə 11 dəfə atəş açıb.

Qnutovo və Şirokinoda yerləşən mövqelərin atəşə tutulması nəticəsində bir Ukrayna hərbçisi ölüb, 2-si yaralanıb.

Xatırladaq ki, iyulun 19-da baş verən döyüşdə səkkiz Ukrayna hərbi qulluqçusu həlak olub, biri isə əsir düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru