İstirahət üçün dünyanın ən bahalı ölkələrinin adları açıqlandı- SİYAHI
24-07-2015, 22:28
Barbadosda bir gün 168 dollara başa gələcək.
Britaniya milli statistika məlumatları institutu Office for National Statistics (ONS) mövsümün ən bahalı turizm istiqamətlərinin reytinqini hazırlayıb.
Oxu.Az The Independent-ə istinadən xəbər verir ki, ekspertlər turistlərin məşhur istirahət ölkələrində bir günə nə qədər pul xərcləyəcəyini hesablayıblar. Onlar belə nəticəyə gəliblər ki, 2015-ci ildə istirahət üçün ən bahalı ölkə Barbadosdur. Tusistlər burada bir gün ərzində təxminən 168 dollar pul xərcləyəcəklər.
İkinci yerdə BƏƏ (156 dollar) qərarlaşıb. Üçüncü və dördücü yerləri Çexiya və Avstriya bölürlər. Səyahətçilər üçün burada bir gün 142 dollara başa gələcək. Beşinci yerdə İsveçrə (140 dollar), altıda isə Belçikadır (136 dollar).
ABŞ cə Lüksemburqda turistlər bir gün ərzində 134 dollar xərcləyəcəklər. 9-cu yerdə Niderlanddır (125 dollar), 10-da isə Honq-Konqdur – 120 dollar.
Mütəxəssislər bir gün oteldə qalmağın qiymətini və digər xərcləri nəzərə alıblar. ONS hesablama metodologiyası barədə ətraflı məlumat vermir.