Günəşi Rusiya və ABŞ partladır? – Ekoloqdan sensasiya

9-09-2017, 10:50           

Günəşdə baş verən partlayışların əsas məqsədi dünya əhalisini məhv etməkdir.

Bunu Axar.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov söyləyib. Onun sözlərinə görə, Günəşdə baş verən partlayışlar süni surətdə yaradılır:

“Bu partlayışlar nəticəsində Yer kürəsində elektrik dalğalarının miqdarı artır. Bu da bu və ya digər xəstəliklərin yaranmasına səbəb olur. Günəşdə baş verən partlayışlar insanın səhhətinə mənfi reaksiya göstərir. Son dövrlər bu partlayışlar süni surətdə yaradılır. Həm Rusiya, həm də Amerikada olan xüsusi silahlar vasitəsilə həyata keçirilir. Son zamanlar daşqınların, sellərin, meşə yanğınlarının miqdarının artdığının şahidi oluruq. Meşələr heç vaxt özbaşına yanmaz. Meşəni yandırırlar. Nə qədər meşələr çox yanırsa, o qədər səhralar çoxalır”.

Qeyd edək ki, Günəşdə son 12 ilin ən güclü partlayışı sentyabrın 6-da baş verib və bu gün saat 19:00-a qədər davam edəcək. Bu partlayış X9.3 balla qiymətləndirilir. Son belə güclü partlayış 2005-ci ilin sentyabrın 5-də baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru