Suriya müxalif qüvvələrinin “Fəth ordusu” ölkənin şimal-qərbində yerləşən Hama və İdlib şəhərlərində 4 strateji yüksəkliyi ələ keçiriblər.
Avriopa.info xəbər verir ki, “Fəth ordusu”nun komandiri İyyad Şear bildirib ki, ordu qüvvələri Ces əş Şuqur rayonundakı strateji təpələri planlı şəkildə tuta biliblər.
Ələ keçirilmiş təpələr ətrafında Əsəd rejimin qüvvələri ilə qızğın döyüşlərin getdiyi bildirilir. Müxaliflərin Suriya ordusuna aid blokpost və polis şöbələrinə hücumu nəticəsində Əsəd gücləri itki verib. Bundan əlavə müxalifət raket zərbələri endirilib.
Məlumatda qeyd olunur ki, müxalif qüvvələri strateji mövqelərə sahib olduqdan sonra Suriya aviasiyası İdlibin kənd yerlərini bombalayıb. İyyad Şear bildirib ki, “Fəth ordusu”nun İdlib və Hama istiqamətində irəliləyişi davam edir.