Rusiyada ekstremizmdə təqsirləndirilən jurnalistlər həbs ediliblər
30-07-2015, 11:28
RBK-nın jurnalisti Aleksandr Sokolov, “Duel” qəzetin sabiq redaktoru Yuri Muxin və onun silahdaşı Valeri Parfenov referendum keçirilməsinin lehinə çıxış edən qadağan olunmuş təşkilatda iştiraklarına görə Moskva məhkəməsi tərəfindən həbs ediliblər.
APA-nın xəbərə görə, bu barədə RBK məlumat yayıb.
Məlumata görə, Moskva məhkəməsinin 2010-cu ildə ekstremist kimi tanıdığı və qadağan etdiyi “Xalq iradəsinin ordusu” təşkilatının fəaliyyətini davam etdiriblər.