16 yaşlı qızın qarnı şişməyə başladı - Hamı hamilə olduğunu düşünsə də…/FOTO

30-10-2017, 20:24           

16 yaşlı qızın yoluxduğu xəstəlik hamının təəccübünə səbəb olub. Belə ki, gənc qızın qarnı anidən şişməyə başlayıb. Hətta görənlər onun hamilə olduğunu sanıblar.

TEREF.İNFO yazılr ki, Medicina.az verdiyi xəbərə görə, Yeni Zenlandiyada yaşayan Enya arıqlamaq üçün pəhrizə başlasa da qarnı getdikcə daha da böyüyüb. Baş verənlərin səbəbini anlamaq üçün qız həkimə müraciət edib. İlk müayinə zamanı həkimlər də vəziyyətin ciddiliyindən xəbərsiz olublar və sadəcə yeməyinə diqqət etməsini söyləyərək geri göndəriblər. Həkimin dediklərinə əməl etsə də, Enyanın qarnı böyüməyə davam edib. Hətta daha sonra qarnında hamiləlik çatlarına bənzəyən izlər yaranmağa başlayıb. Bir gecə yatağında dönən zaman qarnında nəyinsə çalxalandığını hiss edən zaman yenidən başqa həkimə müraciət etmək qərarına gəlib. Müayinələr zamanı qarnında 30 sm genişliyində şiş aşkar edilib. Həkimlər içi maye ilə dolu olan şişin bədxassəli olmadığını açıqlayıblar.

8.1 kilo şiş əməliyyatla qızın qarnında götürülüb. Bir neçə həftə sonra isə xərçəng xəstəsi olduğu aşkar edilir. Hazırda 19 yaşı olan qız kimya terapiya vasitəsilə xəstəliklə mübarizə aparır















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.