Manafort barəsində ev dustaqlığı qərarı verilib

31-10-2017, 09:01           
Manafort barəsində ev dustaqlığı qərarı verilib
Donald Trampın seçki qərargahının sabiq rəhbəri Pol Manafort və onun tərəfdaşı Rik Geyts barəsində ev dustaqlığı qərarı verilib.

APA-nın məlumatına görə, bu barədə “Bloomberg” xəbər verib.

Manafort və Qeyts məhkəmədəki çıxışlarında özlərini ittiham üzrə günahkar bilməyiblər.

Qeyd olunur ki, onlara istintaqdan yayınma ehtimalı ilə bağlı ev dustaqlığı qərarı verilib.

Donald Trampın seçki qərargahının rəhbəri və müşaviri olmuş Pol Manafort və onun tərəfdaşı Rik Geytsə qarşı 12 maddə üzrə rəsmi ittiham elan olunub. İttihama görə P. Manafort və R. Geyts 2006-2016-cı illərdə Ukraynada lobbiçilik fəaliyyətlərinə görə on milyonlarla dollar pul alıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.