Putin “LUKoil” şirkətinin prezidentinə təşəkkür edib

31-10-2017, 09:05           
Putin “LUKoil” şirkətinin prezidentinə təşəkkür edib
Rusiya prezidenti Vladimir Putin sahibkarlığın inkişafında xidmətləri və ictimai həyatda fəal iştirakına görə "LUKoil" şirkətinin rəhbəri Vahid Ələkbərova təşəkkür elan edib.

APA-nın xəbərinə görə, müvafiq sənəd Rusiyanın rəsmi hüquq informasiya internet portalında dərc olunub.

Dövlət başçısı bu barədə sərəncam imzalayıb.

“Rusiya Federasiyası prezidenti sahibkarlığın inkişafında göstərdiyi xidmət, ictimai fəallığı və uzun illər ərzində vicdanlı işinə görə "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərova təşəkkür elan edib”, sənəddə qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru