ABŞ prezidenti Donald Trampın cinsi azlıqlarla bağlı qadağası ləğv edilib. Hakimiyyətə gəldiyi gündən qanunda dəyişikliklər etməyə çalışan Trampın daha bir təklifi qəbul olunmayıb. Belə ki, cinsi azlıqların orduda xidmət etməsinin qadağan edən qanun layihəsi məhkəmə tərəfindən rədd edilib. Bildirilib ki, ABŞ ordusunda 10 minə yaxın cinsi azlıq xidmət göstərir. Vaşinqton məhkəməsi onların orduda xidmət etməsi üçün heç bir maneə görmədiyini bildirib.