Nazirlərdən müharibə tələbi - "Zamansız və sərhədsiz savaşaq"
31-10-2017, 14:13
ABŞ-ın müdafiə naziri Cim Mattis və xarici işlər naziri Reks Tillerson 2001 və 2002-ci il Hərbi Güc Təbtbiqetmə Səlahiyyətləri Qanununa dair qiymətləndirmələr aparmaq üçün Senatın Xarici Əlaqələr Komitəsində senatorların suallarını cavablandırıb.
Kongresden Hərbi Gücdən İstifadə Etmə Aktının geri çəkilməməsi tələb edən müdafiə naziri Mattis bu məsələdə yeni bir qanun hazırlanmasının, Konqresin 2001 və 2002-də qəbul etdiyi Qanunu əhatə edən bir layihənin vacibliyini vurğulayıb.
Yeni qanunun “zamanla məhdud olmamasını” istəyən Mattis, “Müharibə təxmin edilməyən bir şeydir. Lazım olduğu qədər müharibə aparmaq istəyimizin olmadığını ümid edən, şərtlərə uyğunlaşan bir düşmənə qarşı girdiyimiz qarşıdurmaya sıx bir rəsmi təqvimi hazırlamalıyıq” deyib.
Bundan başqa, Mattis, Hərbi Güc İstifadə Etmə Səlahiyyət Aktının coğrafi məhdudiyyət də ehtiva etməməli olduğunu bildirib.(A24.az)