"Forbes" ilin ən çox qazanan müğənnilərinin reytinqini tərtib edib

21-11-2017, 09:18           
"Forbes" ilin ən çox qazanan müğənnilərinin reytinqini tərtib edib
Amerikanın "Forbes" jurnalı ilin ən çox qazanan müğənnilərinin reytinqini tərtib edib.
“Report” xəbər verir ki, siyahıya Beyons başçılıq edib.
36 yaşlı amerikalı ulduz il ərzində 105 milyon dollar qazana bilib. O, bu qazancı "Lemonade" adlı son albomunun satışından və konsert turundan əldə edib. Beyonsun həmçinin öz geyim biznesi də var.
Ötən il növbəti dünya turunu başa vuran 29 yaşlı britaniyalı müğənni Adel isə 69 milyon dollar qazanaraq reytinqdə ikinci olub.
2016-ci ildə siyahıya liderlik edən Teylor Svift 44 mln. dollarlıq qazanc ilə bu dəfə üçüncü pilləyə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru