Telekanal zəbt edildi, Saakaşvili hərəkətə keçdi - Video

4-12-2017, 09:05           

Ukraynanın paytaxtı Kiyevdə bir qrup aktivist “NyusVan” telekanalının yerləşdiyi binanı zəbt edib.

Axar.az xəbər verir ki, fəallar binada olan bütün giriş-çıxışları bağlayıblar. Buna səbəb kimi telekanalın onlara uyğun olmayan, yanlış informasiya siyasəti aparması göstərilib.

Aktivistlər həmçinin Ali Radanın deputatı Yevgeni Murayev haqqında işlətdiyi ifadələrə görə “NyusVan” telekanalının rəhbərliyindən üzr istəməyi tələb ediblər.

Blokada şəraitində olan “NyusVan” hazırda gündəlik efir proqramını dayandırıb və bina ətrafında baş verən hadisələri yayımlayır.

Qeyd edək ki, Mixail Saakaşvili də məsələyə münasibət bildirib və tezliklə yardıma gələcəyini əlavə edib:

“Kiyevin mərkəzində Maydan hərəkatından bu yana ən böyük mitinq keçirildi. Bütün telekanallar bu mitinqi yayımlamaqdan imtina etdi. Yalnız “NyusVan” telekanalı mitinqi birbaşa canlı efirdə yayımladı. İndi hansısa başıpozuq dəstə telekanalın yerləşdiyi binaya gələrək, oradakı rəhbərliyi cəzanlandırmaq fikrinə düşüb”.

Qeyd edək ki, daha sonra sözügedən telekanalın efirində Saakaşvilinin telekanalı zəbt etmiş aktivistlərlə danışıqlar aparması görüntüləri yayılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru